DİN Zaqataladakı ağır qəza ilə bağlı məlumat yayıb


14:13     21 Dekabr 2019 Daxili-Ishler-Nazirliyi.jpg

Zaqatalada xəstəxanada ölüm hadisəsi olub.

DİN mətbuat xidmətinin Şəki Regional qrupundan Femida.az-a verilən məlumata görə, rayon mərkəzi xəstəxanasının reanimasiya şöbəsində müalicə alan Bəhmətli kənd sakini 35 yaşlı Vüsal Məmməd oğlu Şirinov ötən gecə dünyasını dəyişib.

Qeyd edək ki, Vüsal Şirinov dekabrın 16-da qoşqulu motosikletlə hərəkətdə olarkən idarəetməni itirib və yol kənarındakı elektrik dirəyinə çırpılıb.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.

Femida.az

Açar sözlər: #DİN   #Polis  

Oxunub: 776