Azərbaycana pirotexniki vasitə keçirmək istədi - DGK əməkdaşları saxladı


12:46     21 Dekabr 2019 19_12_21_1576918064.jpg


Qərb Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan idarə etdiyi avtomobillə gələn Azərbaycan vətəndaşı saxlanılıb.


Bu barədə Femida.az-a Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Sorğu-sual zamanı vətəndaş nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və ya bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama zamanı avtomobilin alt hissəsində 277 qutu "Corsair" və "Mega Piratka" markalı pirotexniki vasitə, 240 ədəd "Red Stars With Report" və "Sterminator" markalı fişənglər aşkarlanıb.

Femida.az

Açar sözlər:

Oxunub: 876