Sosial kredit sistemləri ilə bağlı tədqiqatlar aparılır


13:00     21 Dekabr 2019 amea8.jpg


Müasir dövrümüzdə sosial kredit sistemləri ilə bağlı aparılan tədqiqatlar aktualdır. Bu tədqiqatın məqsədi yeni şəraitdə – müasir informasiya cəmiyyətində, e-dövlət quruculuğunda, e-demoqrafiya çərçivəsində insanları qiymətləndirməkdir. Vətəndaşı qiymətləndirmək üçün hər bir sistemin (bank, vergi, tibb, tədris müəssisələri, biznes şirkətləri və s.) öz marağı var.


Bu barədə AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev elmi seminarda məlumat verib.

İnstitutdan bildirilib ki, seminarda Rasim Əliquliyev vətəndaş və cəmiyyət münasibətlərindən danışıb. Akademik vurğulayıb ki, vətəndaşların milli və ya korporativ səviyyədə qiymətləndirilməsi məsələsi əsas şərtlərdəndir. Bu məsələyə hər bir cəmiyyətin öz yanaşması və psixoloji qiymətləndirmə metodu var.

Femida.az

Açar sözlər:

Oxunub: 935