Pul bağışlanması hansı qaydada rəsmiləşdirilə bilər?


18:21     21 Dekabr 2019 19_12_21_1576920131.jpg

Ev, maşın və ya hər hansı digər qiymətli əşyaların bağışlanması zamanı tərəflər arasında rəsmi prosedur həyata keçirilə bilir. Bəs, pul bağışlanması zamanı necə? Bu, hansı qaydada rəsmiləşdirilə bilər?



Hüquqşünas Nemət Ağalarov mövzu ilə bağlı bildirib ki, burada vəziyyət pulun könüllü bağışlanması və ya hər hansı bir öhdəlik kimi verilməsindən asılı olaraq dəyişir.

“Qanunvericilikdə bağışlanma müqaviləsi mövcuddur. Əgər şəxs pulu könüllü olaraq bağışlayırsa və qarşı tərəf bunu qəbul edirsə, bu zaman həmin müqaviləyə ehtiyac olmur. Yox, əgər bağışlanma hər hansı bir öhdəliklə bağlıdırsa, bu halda notarial qaydada təsdiq tələb olunur. Bir müddət öncə “Notarial hərəkətlərin aparılması haqqında Təlimat”a edilən dəyişikliklə artıq pul bağışlanması prosedurunun da bank vasitəsilə həyata keçirilməsi nəzərdə tutulur. Təlimatın 160-cı maddəsində bu məsələ öz əksini tapıb. Lakin burada bağışlanan pulun miqdarı da nəzərə alınır. Sözügedən təlimatda minimum məbləğ 5500 manat dəyərində müəyyənləşdirilib", - deyə N.Ağalarov qeyd edib.

Açar sözlər:

Oxunub: 1482