Quldurluq törədən keçmiş məhkumlar saxlanıldı - FOTO


13:21     21 Dekabr 2019 2019/12/1576919558217_zCmFtADz_1576920167.jpeg

Bakıda soyğunçuluq hadisəsi olub.

DİN mətbuat xidmətindən Femida.az-a verilən xəbərə görə, naməlum şəxslər paytaxt sakini Y.Əzizovun 800 manat pulunu soyğunçuluq yolu alıblar. Bakı Şəhər Baş Polis İdarəsi və Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlində şübhəli bilinən əvvəllər məhkum olunmuşlar - Bakı şəhər sakini K.Pirquliyev və Saatlı rayon sakini Q.Əliyev saxlanılıblar.

Aparılan araşdırmalar zamanı onların Xaçmaz rayon sakini, əvvəllər məhkum olunmuş Q.Abdalov və Şamaxı rayon sakini V.Qədirovla birgə E.Niftullayevi döyüb quldurluq yolu ilə 100 manat pulunu və mobil telefonunu almaları da müəyyən edilib.

Əməliyyat tədbirləri ilə Q.Abdalov və V.Qədirov da polis əməkdaşları tərəfindən saxlanılıblar.

Femida.az

Açar sözlər:

Oxunub: 791