Sabahdan Azərbaycan polisi gücləndirilmiş iş rejiminə keçir
19:50 21 Dekabr 2019
Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov 2019-cu il dekabr ayının 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar asayişin mühafizəsi üzrə əlavə tədbirlərə dair əmr imzalayıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, əmrə əsasən, bələdiyyə seçkilərinin yüksək təhlükəsizlik şəraitində keçməsi məqsədilə respublikanın daxili işlər orqanları dekabr ayının 22-dən 25-dək gücləndirilmiş iş rejimində xidmət aparacaq.
Seçki günü ictimai asayişin təmin edilməsi ilə əlaqədar olaraq post-patrul xidməti naryadlarının sayı artırılacaq.
Əmrdə qeyd olunur ki, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 104-14-cü maddəsinə əsasən, səsvermədə seçici kimi iştiraketmə halları istisna edilməklə, polis əməkdaşının səsvermə zamanı seçki məntəqəsində olması qadağan edilir. Xüsusi geyim formasında olan polis əməkdaşı seçki məntəqəsinə yalnız məntəqə seçki komissiyasının qərarı və məntəqə seçki komissiyası sədrinin dəvəti əsasında ictimai asayişin bərpa edilməsi məqsədilə daxil ola bilər və asayiş bərpa olunduqdan sonra məntəqəni dərhal tərk etməlidir.
Oxunub: 823
Oxşar xəbərlər
- Sabahdan güclü külək əsəcək, şimşək çaxacaq, yağış yağacaq - XƏBƏRDARLIQ
- Sabahdan güclü külək əsəcək, şimşək çaxacaq, yağış yağacaq - XƏBƏRDARLIQ
- Sabahdan ali məktəblərə ixtisas seçimi başlayır
- Sabahdan güclü külək əsəcək - XƏBƏRDARLIQ
- Sabahdan ibtidai siniflər üçün 5 günlük yaz tətili başlayır
- Sabahdan qazın istismarı ilə bağlı pozuntuya görə yeni cərimələr tətbiq olunacaq
- Sabahdan Azərbaycanda maska tələbi ləğv edilir
- Sabahdan AZAL və “Buta Airways” Rusiyaya bütün reysləri dayandırır
- Sabahdan COVID pasportu ilə bağlı bu qadağalar tətbiq ediləcək - SİYAHI
- Sabahdan Almatıda "narıncı" terror təhlükəsi səviyyəsi ləğv olunacaq