Daşkəsəndə Şəmkir sakininin meyti tapılıb


09:38     22 Dekabr 2019 meyit.jpg

Daşkəsən rayonunun Bayan kəndində kişi meyti tapılıb.


Məlumata görə, ölən şəxsin Şəmkirin Çinarlı kənd sakini, 1962-ci il təvəllüdlü Abdullayev Qurban Oruc oğlu olduğu müəyyən edilib.


Əraziyə hüquq-mühafizə orqanları cəlb edilib. Meytə baxış keçilib. Meyitin üzərində xəsarət izlərinin olduğu bildirilib.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 728