7 ölkənin MSK nümayəndələri seçkiləri izləyəcək
20:25 22 Dekabr 2019
Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qarşıdan gələn 23 dekabr bələdiyyə seçkilərini müşahidə etmək məqsədilə Azərbaycanda səfərdə olan Moldova, Rumıniya, Belarus, Bolqarıstan, Qazaxıstan, Qırğız və Litva Mərkəzi Seçki Komissiyalarının nümayəndə heyətləri ilə görüşüb.
Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən Femida.az -a verilən məlumata görə, xarici ölkələrin ali seçki qurumlarının nümayəndə heyətini salamlayan sədr Məzahir Pənahov görüşdən məmnunluğunu ifadə edib. MSK sədri seçki qurumları arasındakı qarşılıqlı faydalı əməkdaşlığın seçki praktikasının təkmilləşməsindəki rolundan danışıb və bildirib ki, bu münasibətlər hər bir ölkədə seçki sisteminin inkişafında əvəzsiz əhəmiyyətə malikdir.
Nümayəndə heyətlərinin üzvləri MSK sədri Məzahir Pənahova səmimi qəbula görə təşəkkürlərini bildirib. Sədr Məzahir Pənahov seçkilərin yüksək səviyyədə hazırlanması, azad, ədalətli və şəffaf keçirilməsi istiqamətində atılmış addımlar və həyata keçirilmiş genişmiqyaslı layihələri qonaqların diqqətinə çatdırıb.
Femida.az
Oxunub: 653
Oxşar xəbərlər
- 70 mindən çox insana vaksin vuruldu
- 700-dək qaziyə əlillik dərəcələri təyin olunub
- 700-ə yaxın qazi işlə təmin olunub
- 7 koronavirus xəstəsi ictimai yerlərdə saxlanıldı
- 7 minə yaxın şagird üçün milli qiymətləndirmə keçiriləcək
- 74 yeni yoluxma - 3 ölüm
- 748 Azərbaycan vətəndaşı Almaniyadan sığınacaq istəyib
- 78 yaşlı kişi evində yanaraq ölüb
- 73 obyektdə epidemiya əleyhinə rejim pozulub
- 7 şagird koronavirusa yoluxdu