Elmar Məmmədyarov Gürcüstanda səfərdədir


10:58     23 Dekabr 2019 XİN%20Elmar%20Məmmədyarov%20slovaiya.jpg



Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Gürcüstanda rəsmi səfərdədir.

Femida.az-ın xəbərinə görə, E. Məmmədyarov Tbilisidə keçiriləcək Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin üçtərəfli görüşündə iştirak etmək üçün Gürcüstana səfər edib.

Səfər çərçivəsində E. Məmmədyarovun türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birlikdə Gürcüstanın Baş Naziri Giorgi Qaxariya ilə görüşü də planlaşdırılıb. Görüşdə üçtərəfli əməkdaşlıq məsələlərinin müzakirə ediləcəyi bildirilib.

Nazir E. Məmmədyarovun Gürcüstan parlamentinin sədri Arçil Talakvadze ilə görüşü də nəzərdə tutulub.

Femida.az

Açar sözlər:

Oxunub: 795