MSK bələdiyyə seçkiləri ilə bağlı ilkin seçici fəallığını açıqlayıb
11:03 23 Dekabr 2019
Mərkəzi Seçki Komissiyası (MSK) bu gün keçirilən bələdiyyə seçkiləri ilə bağlı ilkin seçici fəallığını açıqlayıb.
Femida.az-ın xəbərinə görə, MSK Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib ki, saat 10:00-a olan respublika üzrə seçici fəallığı 423361 nəfər təşkil edib. Seçici fəallığı 8,51 faiz olub.
Qeyd edək ki, bələdiyyə seçkilərinə bu gün saat 08:00-da start verilib. Seçkilər saat 19:00-da başa çatacaq. Bundan əlavə, MSK Katibliyinin İnformasiya Mərkəzi tərəfindən səsvermənin gedişi və nəticələri barədə saat 12.00, saat 15.00, saat 17.00 və saat 19.00-da ilkin məlumatlar veriləcək. Səsvermənin gedişi və nəticələri barədə alınan məlumatlar hüquqi əhəmiyyət daşımayan ilkin məlumatlar hesab edilir.
Femida.az
Oxunub: 586
Oxşar xəbərlər
- MSK-ya sədr, sədr müavini seçilib
- MSK-nın yeni tərkibinin üzvlüyünə namizədlər - SİYAHI
- MSK-nın tərkibi yenidən formalaşdırılır
- MSK-ya ayrılan vəsaitin həcmi və təyinatı məlum olub
- MSK-ya yeni sədr seçildi - Naxçıvanda
- MSK yenidən formalaşdırılacaq
- MSK yekun protokolu Konstitusiya Məhkəməsinə təqdim etdi
- MSK Yadigar Sadıqlının şikayətini təmin etmədi
- MSK daha bir məntəqədə seçkinin nəticələrini ləğv edib
- MSK-ın iclası başladı