Seçici fəallığının ən yüksək və ən aşağı olduğu dairələr


11:30     23 Dekabr 2019 secki23.jpg

Bələdiyyə seçkilərində indiyədək seçici fəallığının ən yüksək və ən aşağı olduğu seçki dairələri açıqlanıb.

Femida.az xəbər verir ki, saat 10:00-a olan məlumata əsasən, ölkə üzrə seçici fəallığının ən yüksək olduğu dairə 51 saylı Qusar Seçki Dairəsidir. Bu seçki dairəsidə 45 740 seçicidən 6372-i (13.93%) səsvermədə iştirak edib.

Seçici fəallığının ən aşağı olduğu dairə 40 saylı Kəpəz İkinci (Gəncə) Seçki Dairəsidir. Bu seçki dairəsində 42 085 seçicidən 1842-i (4.38) səsvermə hüququndan istifadə edib.

Bundan əlavə, saat 10:00-olan məlumata görə, Azərbaycanda 4 milyon 972 min 356 seçicidən 427 361 nəfəri (8.51%) səsvermədə iştirak edib.

Qeyd edək ki, bu gün Azərbaycanda bələdiyyə seçkiləri keçirilir. Səsvermə səhər saat 08:00-da başlayıb, axşam saat 19:00-da başa çatacaq. Seçkilər zamanı respublika üzrə 1606 bələdiyyəyə 15 min 156 üzv seçiləcək.

Femida.az

Açar sözlər:

Oxunub: 495