Saat 12.00-dək bələdiyyə seçkilərini işıqlandıran jurnalistlərdən müraciət daxil olmayıb
13:01 23 Dekabr 2019
Bu gün saat 08.00-dan 12.00-dək Azərbaycan Mətbuat Şurasına bələdiyyə seçkilərini işıqlandıran jurnalistlərdən hər hansı müraciət daxil olmayıb.
Bu barədə Femida.az-a Mətbuat Şurasından bildirilib.
Məlumata görə, Şuranın (012) 441 35 30 şəhər və 050 206 96 02 mobil nömrələri bələdiyyə seçkiləri ilə əlaqədar bu gün saat 08.00-dan 19.00-dək “qaynar xətt” rejimində fəaliyyətdədir. Məqsəd peşə vəzifəsini yerinə yetirən jurnalistlərin fəaliyyət səmərəliliyinin qorunmasına, hər hansı anlaşılmaz vəziyyətlər yarana biləcəyi təqdirdə, dərhal aradan qaldırılmasına dəstək olmaqdan ibarətdir. “Qaynar xətt” rejimində fəaliyyət göstərən telefon nömrələrinə daxil olan müraciətlərin araşdırılması üçün Mətbuat Şurası Mərkəzi Seçki Komissiyası və digər əlaqədar qurumlarla daimi əlaqədə olacaq.
Onu da bildiririk ki, Mətbuat Şurasının İdarə Heyətinin üzvləri ölkənin müxtəlif bölgələrindəki, o cümlədən paytaxt Bakı şəhərindəki seçki məntəqələrində seçkinin gedişini izləməkdədirlər. Onlar jurnalistlər üçün yaradılmış şəraitlə tanış olurlar. Bununla bağlı da hər hansı nöqsan qeydə alınmayıb.
Femida.az
Oxunub: 858
Oxşar xəbərlər
- Bu gün Fransada prezident seçkilərinin ikinci turu keçiriləcək
- XİN: "Abxaziyadakı qondarma "seçkiləri" tanımırıq"
- Məzahir Pənahov boş deputat yerlərinə təkrar seçkilərdən danışıb
- Liviyada parlament seçkilər üçün yeni tarix tələb edib
- Qəddafinin oğlu Liviyada prezident seçkilərində iştirak etmək niyyətindədir
- Bolqarıstanda prezident və parlament seçkiləri keçirilir
- Gürcüstanda seçkilərin ikinci mərhələsi başa çatıb
- Özbəkistanda prezident seçkiləri başa çatıb
- Özbəkistandakı prezident seçkiləri baş tutmuş hesab olunub
- Bu gün İraqda növbədənkənar parlament seçkiləri keçiriləcək