Camal Qaşıqçını öldürən 5 nəfər barəsində edam hökmü çıxarıldı
15:05 23 Dekabr 2019
Səudiyyə ərəbistanlı jurnalist, “The Washington Post”un əməkdaşı Camal Qaşıqçının qətlində təqsirli bilinən 5 nəfər barəsində edam hökmü çıxarılıb.
Femida.az “Hurriyet”ə istinadən bildirir ki, bu barədə Səudiyyə Ərəbistanı məhkəməsi qərar qəbul edib.
Prokuror deyib ki, jurnalistin öldürülməsində ittiham olunan daha 3 nəfər isə ümumilikdə 24 il müddətinə azadlıqdan məhrum ediliblər.
Cinayəti törədən qrupun lideri sayılan, krallıq Divanının müşaviri Səud əl-Kahtani isə cəzalandırılmayıb.
Qeyd edək ki, tanınmış müxalifətçi ərəb jurnalist, “The Washington Post” qəzetinin müxbiri C.Qaşıqçı 2018-ci ilin oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğuna gedib və itkin düşüb. Bundan sonra jurnalist barədə heç bir məlumat əldə etmək mümkün olmayıb.
Türkiyə hüquq-mühafizə orqanlarının apardığı axtarışlara baxmayaraq, jurnalistin meyiti və ya meytinin qalıqları tapılmayıb.
Məsələ beynəlxalq qalmaqala çeviriləndən sonra Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz Al Səud və krallığın vəliəhdi, baş nazirin müavini, müdafiə naziri Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud jurnalistin ölkələrinin İstanbuldakı Baş Konsulluğunda qətlə yetirildiyini etiraf ediblər.
Xatırladaq ki, C.Qaşıqçının ailə üzvlərinin çoxu ABŞ vətəndaşıdır. Özü də ABŞ vətəndaşlığı almaq üçün bəzi mərhələləri keçibmiş.
Femida.az
Oxunub: 771
Oxşar xəbərlər
- Səudiyyə Ərəbistanı Qaşıqçı məsələsi ilə bağlı ABŞ-ın ittihamlarını rədd edib
- Camal Qaşıqçı qətli ilə bağlı ortaya yeni səs yazıları çıxıb
- Qaşıqçı cinayəti ilə bağlı Trampın kürəkənindən sensasiyalı sözlər
- Qaşıqçının övladlarına 4 milyonluq ev verildi - 50 min kompensasiya ödənildi
- Camal Qaşıqçı bu təndirdə yandırılıb - İlk dəfə yayımlanan VİDEO
- BMT-nin xüsusi məruzəçisi konsulluğa buraxılmadı - Qaşıqçı cinayəti ilə bağlı yeni qalmaqal
- Qaşıqçıya görə 5 nəfər edam ediləcək - Səudiyyə Ərəbistanı qərar verdi
- Qaşıqçının qətlinə dair ilk məhkəmə iclası keçiriləcək
- Camal Qaşıqçı “İlin adamı” seçildi
- Səudiyyə Qaşıqçının qatillərini Türkiyəyə vermədi