Məhkəmə ekspertizası üçün yeni institutlar tətbiq ediləcək


16:25     23 Dekabr 2019 19_12_23_1577100621.jpg

Özəl məhkəmə ekspertinin şəhadətnaməsi sahibkarlıq fəaliyyətinə verilən icazə kimi nəzərdə tutulub.



Femida.az xəbər verir ki, bununla əlaqədar “Lisenziyalar və icazələr haqqında” Qanunda müvafiq dəyişiklik edilib.

Yeni Qanunda həmçinin ekspertlərin attestasiyasının keçirilməsi, onlara ixtisas dərəcələrinin verilməsi qaydalarına diqqət yetirilib.

Bundan başqa, məhkəmə ekspertizası fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar bir sıra yeni institutların tətbiqi də nəzərdə tutulub.

Belə ki, məhkəmə ekspertizası fəaliyyətini həyata keçirmək hüququ olan şəxslər haqqında informasiya almaq məqsədi ilə Məhkəmə Ekspertləri Reyestrinin aparılması nəzərdə tutulub və Reyestrə daxil edilməyən şəxslərin məhkəmə ekspertizası fəaliyyəti ilə məşğul olması qadağan edilib.

Bununla yanaşı, ekspertiza fəaliyyətini həyata keçirən şəxslər tərəfindən müəyyən edilmiş metodlar üzrə tədqiqat aparılaraq rəy verilməsini təmin etmək məqsədi ilə Məhkəmə Ekspertizası Tədqiqat Metodlarının Dövlət Reyestrinin aparılması nəzərdə tutulub və Dövlət Reyestrinə daxil olmayan metoddan istifadə edilməsi üçün tələb olunan şərtlər müəyyən edilib.

Bundan başqa, məhkəmə ekspertizalarının elmi-metodik materiallarından ibarət xüsusi fondun yaradılması da nəzərdə tutulub.

Femida.az

Açar sözlər: #məhkəmə   #ekspertiza  

Oxunub: 1053