Saat 15:00-dək bələdiyyə seçkilərindəki fəallıq səviyyəsi


15:41     23 Dekabr 2019 secki23.jpg


Azərbaycanda keçirilən bələdiyyə seçkilərində saat 15:00-dək olan seçici fəallığı açıqlanıb.



Femida.az-ın xəbərinə görə, Mərkəzi Seçki Komissiyası (MSK) Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib ki, 118 seçki dairəsi üzrə 5049 seçki məntəqəsində seçici fəallığı bu saatadək 26,88 faiz olub.

O, səsvermə hüququna malik 4 972 356 seçicidən bu saatadək 1 336 733 nəfərinin səs verdiyini diqqətə çatdırıb.

Femida.az

Açar sözlər: #seçki  

Oxunub: 607