Azərbaycanın ən yaşlı seçicisi belə səs verdi (VİDEO)


19:29     23 Dekabr 2019 2019/12/6b8ac535-574c-405c-8cf1-9705db911388_1577111393.jpg

Azərbaycanın ən yaşlı seçicisi bələdiyyə üzvlüyünə namizədlərə səs verib.



Femida.az xəbər verir ki, rayonun Aşağı Kəsəmən kənd sakini, 1903-cü il təvəllüdlü Zəhra Nəbi qızı Bənnayeva 108 saylı seçki dairəsinin 19 saylı seçki məntəqəsinə gələrək səsvermə hüququndan istifadə edib.

Məlumat üçün bildirək ki, 108 saylı Ağstafa rayon seçki dairəsinin tərkibində 38 məntəqə və 42 674 seçici var. Seçicilərin 5 nəfərinin yaşı 100-dən çoxdur. 230 nəfəri isə ilk dəfə səs verən seçicilərdir. Rayon üzrə bələdiyyə üzvliyinə 707 namizəd 238 yer uğrunda mübarizə aparır.

Seçkiləri 393 nəfər müşahidə edir, 8 məntəqəyə isə müşahidə kameraları quraşdırılıb.



Açar sözlər:

Oxunub: 681