"Hayastan" fondu 190 min dollarlıq dələduzluq edib


19:50     23 Dekabr 2019 hebs.jpg

Ermənistanın Auditorlar Palatası “Hayastan” Ümumerməni Fondunun fəaliyyətində 190 min dollar (89 mln. 942 min dram) məbləğində dələduzluq edildiyini aşkarlayıb.

Femida.az “Rusarminfo”ya istinadən xəbər verir ki, məlumatı Ermənistan Dövlət Nəzarət Xidmətinin mətbuat katibliyi yayıb.

Bildirilib ki, yoxlama 2018-2019-cu il tarixində “erməni soyqırımı”nın “100-cü ildönümünə” həsr edilən tədbirlər çərçivəsində xərclərlə bağlı aparılıb.

Məlumata görə, təşkilatın fəaliyyətində razılaşdırılmış konsertlərin təşkil edilməməsində, film çəkilməməsində və s. məsələlərdə pozuntular aşkarlanıb.

Qeyd edək ki, 1992-ci ildə yaradılan bu fond hər il Ermənistan və Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsindəki ermənilərə yardım adı altında müxtəlif xeyriyyə tədbirləri keçirir.

Xatırladaq ki, 2018-ci ilin iyununda “Hayastan” Ümumerməni Fondunun direktoru Ara Vardanyan ictimai təşkilatda səlahiyyət həddini aşaraq külli miqdarda maliyyə vəsaitini mənimsəməkdə şübhəli bilinərək həbs edilib.

Açar sözlər:

Oxunub: 591


Oxşar xəbərlər