Bu gündən psixoloqların diaqnostik qiymətləndirilməsinə başlanılır


09:01     24 Dekabr 2019 1442037015_trend_tehsil_nazirliyi_education_ministre_300615_3.jpg


Bu gündən etibarən dövlət ümumi təhsil müəssisələrində çalışan psixoloqların bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinə başlanılır.

Təhsil Nazirliyindən Femida.az-a verilən məlumata görə, diaqnostik qiymətləndirmə bu ilin 24-28 dekabr tarixlərində Azərbaycan Dövlət İqtisad Universitetinin 2 saylı tədris binasında keçiriləcək. Test imtahanında namizədlərə 90 dəqiqə ərzində psixologiya üzrə 60 test tapşırığı təqdim olunacaq. Hər düzgün cavab 1 balla qiymətləndiriləcək. İmtahana gələn namizədlərdən şəxsiyyəti təsdiq edən sənədin əsli tələb olunacaq.

Qeyd edək ki, dövlət ümumi təhsil müəssisələrində çalışan psixoloqların bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin keçirilmə tarixi barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib.

Femida.az

Açar sözlər:

Oxunub: 839