Ermənistanda keçmiş məhkəmə hakimi axtarışa verilib


09:10     24 Dekabr 2019 2019/12/06CD44A8-0294-4733-BDB7-D65E7B05675B_1577164398.jpeg

Ermənistanda keçmiş məhkəmə hakimi Samvel Uzunyan barəsində axtarış elan olunub.

Femida.az xəbər verir ki, bu barədə "NEWS.am"a Ermənistanın Baş Prokurorluğunun İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Arevik Xaçatryan bildirib.

O, qeyd edib ki, Samvel Uzunyan Ermənistanı tərk edib və sabiq hakim axtarışdadır.

A.Xaçatryanın sözlərinə görə, Ali Məhkəmə Şurasının dekabrın 20-də prokurorluq tərəfindən qaldırılmış vəsatəti təmin etməsindən sonra Ermənistanın baş prokurorunun müavini tərəfindən S.Uzunyanı cinayət işinə təqsirləndirilən şəxs kimi cəlb edilib və qərar Ermənistanın Xüsusi Təhqiqat Xidmətinə Uzunyana qarşı ittiham, habelə başqa yerə getməmək məqsədi ilə göndərilib. Vəsatətə baxılan müddətdə Uzunyan Ermənistanın dövlət sərhədini keçib. Onun barəsində axtarış elan olunması ilə bağlı qərar qəbul edilib.

Daha əvvəl yerli KİV hava limanında sabiq hakimin yük bağlamasında patronun aşkarlanması barədə məlumat yayıb. Onun Yerevan-Moskva təyyarəsi ilə öllkəni tərk etdiyi bildirilir. Altmış beş yaşlı hakim həmçinin 51 min dollar rüşvət almaqda ittiham edilir.

Qeyd edək ki, Ermənistanın sabiq baş prokuroru, parlamentin keçmiş deputatı Gevork Kostanyan barəsində də axtarış elan edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 575