Gəncədə küçədən yeni doğulmuş körpə tapılıb


09:12     24 Dekabr 2019 korpe%20oldu.jpg

Gəncə şəhərində yeni doğulmuş körpə tapılıb.


Şəhərin Gülüstan qəsəbəsi ərazisində məişət tullantıları üçün qoyulmuş qutuların yanında yeni doğulmuş oğlan uşağı tapılıb.

Körpə Gəncə şəhər 2 saylı Uşaq Xəstəxanasına aparılıb. Xəstəxanadan verilən məlumatına görə, körpənin səhhətində problem aşkarlanmayıb. Hazırda vəziyyəti normaldır və hələ ki xəstəxanada saxlanılır.

Faktla bağlı araşdırmalara başlanılıb. / Report

Femida.az

Açar sözlər: #Gəncə  

Oxunub: 594