Bu şəxslərin banka borcu silinə bilər

Bu şəxslərin banka borcu silinə bilər


13:12     25 Noyabr 2015 3100.jpg

Azərbaycanda hazırda banka borcu olan sahibkarlar, şirkətlər özlərini müflis elan edə bilərlər.


Ancaq bu hüquq fiziki şəxslərə, yəni adi vətəndaşlara şamil edilmir. Bu hüququn fiziki şəxslərə də aid edilməsi gündəmdədir. Yenilik tətbiq olunarsa bunun vətəndaşlara faydası nədən ibarət olacaq?

Sahibkarlıq fəaliyyəti göstərməyənlər yəni fiziki şəxslər banka borclarını ödəyə bilmədikdə özünü müflis elan etmək hüququna sahibdir. Bu hüquqdan istifadə edən şəxsin banka ödəmək üçün heç nəyi olmadıqda onun borcu avtomatik silinmiş olur. Bu təcrübə qonşu Rusiyada tətbiq olunur.

Rusiyada bu hüquqdan 500 min rubl, yəni Azərbaycan valyutası ilə 8000 min manatdan yuxarı banka borcu olan istənilən fiziki şəxs istifadə edə bilər. Mütəxəssislər belə təcrübənin Azərbaycanda tətbiqinin bank- vətəndaş münasibətləri zaman yaranan mübahisələrin bir qismini həll edəcəyini düşünürlər...

Ancaq özünü müflisləşmiş elan edən şəxsin bu qərarı ilə itirəcəkləri də çoxdur.

Ancaq bu qanun banka borcu olanlara əmlaklarını başqa şəxsin adına keçirməklə qorumaq hüququ da verir. Lakin həmin əmlakın ad dəyişdirməsi borclu şəxsin kredit almasından öncə həyata keçirilmiş olmalıdır.

Açar sözlər:

Oxunub: 1128