Sarkisyanın qardaşı oğlu həbs edildi


11:28     24 Dekabr 2019 19_12_24_1577172548.jpg

Yerevanın ümumi yurisdiksiya məhkəməsi keçmiş Prezident Serj Sarkisyanın Çexiyadan silah və narkotik maddə saxlama, habelə digər şəxslərin əmlakını mənimsəmə ittihamı ilə Ermənistana ekstradisiya edilən qardaşı oğlu Narek Sarkisyanın həbsinə qərar verib.



Femida.az xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğunun Mətbuat xidməti məlumat yayıb.



“Yerevanın ümumi yurisdiksiya məhkəməsi Baş prokurorun vəsatətini təmin etdi və Narek Sarkisyanın həbsinə qərar verdi”, - deyə qurumdan bildirilib.

Qeyd edək ki, Çexiya hüquq-mühafizə orqanları Narek Sarkisyanı dekabrın 21-də Ermənistana təhvil veriblər. O, 5 iyul 2018-ci ildə silah və narkotik maddə saxlamaq, habelə digər şəxslərin əmlakını mənimsəmə ittihamı ilə axtarışa verilib.

Açar sözlər:

Oxunub: 663