73 nəfər vəkil andı içib - FOTOLAR


12:20     24 Dekabr 2019 2019/12/IMG_20191224_122810_1577176162-(2)_1577180786.jpg


Vəkillər Kollegiyasının üzvlüyünə daha 73 nəfər qəbul olunub.


Femida.az xəbər verir ki, Ədliyyə Akademiyasında keçirilən tədbirdə yeni üzvlər təntənəli mərasimlə peşə andı içiblər.

Bütün mərhələlərdən uğurla keçmiş namizədlər Kollegiyanın Rəyasət Heyəti tərəfindən keçirilən səsvermədən sonra vəkilliyə qəbul olunub.

Daha sonra Kollegiya sədri Anar Bağırov tərəfindən yeni vəkillərə xidməti vəsiqə və Azərbaycan vəkilliyinin xüsusi döş nişanı təqdim olunub.

Qeyd edək ki bununla da Azərbaycanda vəkillərin sayı 1708 nəfərə çatıb.









Amin Nəzərli

Femida.az


Açar sözlər: #Vəkillər_Kollegiyası   #Andiçmə  

Oxunub: 2395