Şamaxı "ASAN xidmət" mərkəzi ilk müraciətləri qəbul etdi - FOTOLAR


14:57     24 Dekabr 2019 19_12_24_1577185195.jpg


Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Şamaxı "ASAN xidmət" mərkəzi fəaliyyətə başlayıb.


Femida.az xəbər verir ki, Şamaxı "ASAN xidmət" mərkəzi əsasən Şamaxı, Qobustan, İsmayıllı, Ağsu və Göyçay rayonlarında qeydiyyatda olan 450 minə yaxın vətəndaşla yanaşı ölkə üzrə ərazi məhdudiyyəti olmadan bütün vətəndaşlara xidmət göstərəcək.

Qeyd edək ki, 5 dekabr tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şamaxı "ASAN Həyat" kompleksinin açılışında iştirak edib.

Şamaxı "ASAN Həyat" kompleksində "ASAN xidmət" mərkəzi ilə yanaşı ictimai iaşə obyektlərinin istifadəyə verilməsi nəzərdə tutulub. Belə ki, vətəndaşlar operativ və gülərüz xidmətlə yanaşı, bu konseptin istirahət və əyləncə imkanlarından da istifadə edə biləcəklər. Kompleks vətəndaş rahatlığı üçün həyat standartlarının yaxşılaşdırılmasına xidmət edən müxtəlif həlləri əhatə edir.

Mərkəzdə əməkdaşların sayı 209, könüllülərin sayı 50 nəfər nəzərdə tutulub. Şamaxı regional "ASAN xidmət" mərkəzində müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən ümumilikdə 320-dən çox xidmət həyata keçiriləcək.

Femida.az

Açar sözlər: #ASANXidmət   #Şamaxı  

Oxunub: 4148