Azərbaycanda erkən nikaha girən qızların sayı kəskin azalıb


15:54     24 Dekabr 2019 19_12_24_1577188639.jpg


Son illər Azərbaycanda erkən nikahların sayı xeyli azalıb.


Femida.az Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məlumatına istinadən xəbər verir ki, ölkədə 18 yaşına qədər nikaha girən qızların sayı 2011-ci ildə 5138 nəfər idisə, Ailə Məcəlləsinə edilən dəyişiklik və aparılan maarifləndirmə nəticəsində 2012-ci ildən bu göstərici azalmağa başlayıb və 2018-ci ildə bu rəqəm 338 olub.

2011-ci ildə 15-17 yaşlı qızların dünyaya gətirdiyi uşaqların sayı 4392 idisə, 2018-ci ildə bu rəqəm 2129 olub. Komitə bu sahədə səylərini davam etdirir.



Femida.az

Açar sözlər: #ailə   #qadın   #uşaq   #erkənnikah  

Oxunub: 1429