Hərbi xidmət çağırışçıları xidmət yerləri haqqında məlumatlandırılıblar
19:59 24 Dekabr 2019
Gələn ilin yanvarında Azərbaycanda müddətli həqiqi hərbi xidmətə göndəriləcək çağırışçılar Silahlı Qüvvələr üzrə xidmət yerlərinə təyinatla bağlı dekabrın 21-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) tərəfindən SMS vasitəsilə məlumatlandırılıblar.
SHXÇDX-dən Femida.az-a bildiriblər ki, vətəndaşlar xidmət edəcəkləri hərbi hissə və qoşun növünü dekabrın 24-dən qurumun rəsmi internet saytının “Elektron xidmət” bölməsinin “Həqiqi hərbi xidmətə çağırılan çağırışçıların hərbi xidmət keçmə yeri haqqında məlumatlar” alt bölməsində özləri haqqında tələb olunan məlumatları müvafiq qaydada daxil etməklə dəqiqləşdirə bilərlər. Bununla yanaşı, müddətli həqiqi hərbi xidmətə göndərilənlər mobil telefonlardan şəxsiyyət vəsiqələrinin nömrələrini (yeni nəsil şəxsiyyət vəsiqələrində isə seriya və nömrəni probelsiz daxil edərək) 9100 nömrəsinə qısa mesaj şəklində göndərməklə də müddətli həqiqi hərbi xidmətə çağırış barədə məlumat əldə edirlər. Bu xidmətdən bütün mobil operatorlara məxsus nömrələri olan şəxslərin istifadəsi mümkündür.
Qeyd edək ki, SHXÇDX-nin internet saytında çağırışçıların məlumatlandırılması xidməti hər il çağırış başlamazdan öncə - dekabr, mart, iyun, sentyabr aylarının sonunda aktivləşir.
“İş və istirahət günlərinin yerinin dəyişdirilməsi haqqında” Nazirlər Kabinetinin müvafiq qərarına əsasən çağırışçıların xidmət yerlərinə göndərilməsi yanvarın 7-dən etibarən həyata keçiriləcək.
Femida.az
Oxunub: 546
Oxşar xəbərlər
- Abşeronda hərbi sursat aşkarlanıb
- XİN Azərbaycanın hərbi cinayətlərdə ittiham olunmasına münasibət bildirib
- Azərbaycanda hərbi xidmətə növbəti çağırış başlayıb
- Rusiyada hərbi komissarlığa silahlı hücum olub, hərbi komissar ölüb
- Pakistanda hərbi helikopter qəzaya uğrayıb, 2 zabit, 4 əsgər ölüb
- Putin: “Ukraynadakı xüsusi hərbi əməliyyatın əsas məqsədi Donbasın azad olunmasıdır”
- MN: "Silahlı Qüvvələrin 50 hərbi qulluqçusu şəhid olub"
- Hərbi attaşelər Ermənistanın genişmiqyaslı təxribatı barədə məlumatlandırılıb
- Sərhədin Laçın və Kəlbəcər istiqamətlərində Ermənistanın xeyli canlı qüvvəsi və hərbi hissələri məhv edilib
- Azərbaycan Ordusunun hərbi qulluqçusu həlak oldu (RƏSMİ)