Mövqelərimiz snayperlərdən atəşə tutulub
09:41 25 Dekabr 2019
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 21 dəfə pozub.
Müdafiə Nazirliyindən Femida.az-a verilən məlumata görə, Ermənistan Respublikası Noyemberyan və İcevan rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Bala Cəfərli kəndində və adsız yüksəkliklərdə, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əsrik Cırdaxan kəndində yerləşən mövqelərimiz atəşə tutulub.
Füzuli rayonunun işğal altında olan Qaraxanbəyli, Kürdlər, Horadiz, Xocavənd rayonunun Kuropatkino, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Ağdam rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.
Femida.az
Oxunub: 573
Oxşar xəbərlər
- DSX: "Ermənistan hərbçisinin Azərbaycanın atəşkəsi pozması nəticəsində yaralanması yalandır"
- Ukrayna və Rusiya mayın 5-7-də atəşkəsə dair razılığa gəliblər
- Qarabağda qanunsuz erməni silahlı birləşmələri atəşkəs rejimini pozub
- Putinin Ukraynada atəşkəsin əldə edilməsi ilə bağlı 6 tələbi məlum olub
- Nazir: "Türkiyə Ukraynada 24 saatlıq atəşkəs təklif edir"
- Xələf Xələfov Rusiya sülməramlılarının olduqları ərazilərdə atəşkəsin pozulmasından danışıb
- Vladimir Putin Ukrayna ilə atəşkəsin əldə olunması üçün ilkin şərtləri açıqlayıb
- Ermənistan Tovuzu atəşə tutdu
- Avropa Şurası Azərbaycan və Ermənistanı atəşkəsə çağırdı
- Ermənilər Kəlbəcər, Tovuz, Gədəbəy və Ağstafanı atəşə tutub