Milli Qvardiyanın yaradılmasından 28 il ötür


10:10     25 Dekabr 2019 19_12_25_1577254950.jpg


Bu gün Azərbaycan Milli Qvardiyasının yaradılmasından 28 il ötür.

Femida.az xəbər verir ki, Azərbaycanda Milli Qvardiya Azərbaycan Respublikasının Prezidentinin 25 dekabr 1991-ci il tarixli 524 saylı Fərmanı ilə yaradılıb. İlk illərdə Milli Gözətçi adlandırılan bu xidmət könüllülük qaydasında iki illik müqavilə əsasında idi. Şəxsi heyətin seçimi MTN, DİN və MN-in kadr orqanlarının köməkliyi ilə həyata keçirilirdi. 31 iyul 1992-ci il tarixli Fərmanın tələblərinə əsasən Milli Gözətçilərin ştat vahidi artırılıb. Bununla əlaqədar Milli Gözətçidə Alay yaradılıb.

25 fevral 1992-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti və Azərbaycan Respublikası DİN yanında Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanlarını Mühafizə şöbəsinin bazasında Azərbaycan Respublikası Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanlarını Mühafizə İdarəsinin yaradılması haqqında 585 saylı Fərman imzalanıb. 23 avqust 1993-cü il tarixdə isə Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanlarını Mühafizə İdarəsi və Milli Qvardiyanın bazasında Azərbaycan Respublikası Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanlarını Baş Mühafizə İdarəsinin yaradılması və Azərbaycan Respublikasının Prezidentinə tabe edilməsi haqqında 734 saylı Fərman imzalanır.

Azərbaycan Respublikasının Prezidentinin 6 may 2002-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanlarını Baş Mühafizə İdarəsi Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti adlanır.







Femida.az

Açar sözlər: #milli   #qvardiya  

Oxunub: 2142