4 tələbəyə töhmət verilib
10:35 25 Dekabr 2019
Azərbaycan Tibb Universitetinin (ATU) rektoryanı şurasının növbəti toplantısı keçirilib.
ATU-dan Femida.az-a verilən məlumata görə, toplantıda 2019/2020-ci tədris ilinin payız semestrində aparılan aralıq qiymətləndirmənin nəticələri haqqında müvafiq şöbələrdən hesabatlar dinlənilib.
Rektor professor Gəray Gəraybəyli 2019/2020-ci tədris ilinin paylz semestrinin qış imtahan sessiyasına hazırlığın vəziyyəti ilə maraqlanıb, görüləcək işlər haqqında danışıb.
Şuranın qərarına əsasən, II müalicə-profilaktika fakültəsinin III kurs 317A3 qrup tələbəsi Əvəz Yusubov universitetin nizam-intizam qaydalarını pozduğuna görə töhmət alıb. Eləcə də, ATU-nun hazırlıq kurs tələbələri Negar Mohammadı, Maryam Hosseini Ozarlou və Mirhossein Hosseiniozarlouya dərsdə nizam-intizam qaydalarını pozduqları üçün (dərs zamanı tibbi xalat geyməkdən imtina ediblər) şuranın qərarına əsasən töhmət verilib.
Qeyd edək ki, toplantıda universitetin rektoru, prorektorları, şöbə müdirləri, fakültə rəhbərləri və tələbələr iştirak ediblər. Tədbirdə universitetdaxili bir çox məsələlərə baxılıb, müzakirələr aparılıb.
Femida.az
Oxunub: 653
Oxşar xəbərlər
- 42 yaşlı kişi bıçaqlandı
- 40 erməni zabitini məhv edən Elyar Vəliyev kimdir? - Xüsusi təyinatlı əfsanə
- 44 günlük müharibədə dostlaşdı, qayıdıb gördü ki, Şuşada polis rəisidir... (FOTO)
- 41 minə yaxın şəxs vaksinasiya olundu
- 40 erməni hərbçi Kəlbəcərə girmək istədi - Azərbaycan qəti tədbirlər gördü
- 400 min manatlıq dələduzluqda təqsirləndirilən şirkət rəhbərinin məhkəməsi başlayır
- 4 məktəb direktoru işdən çıxarıldı
- 408 qaziyə əlillik dərəcələri təyin olunub
- 40 xüsusi texnika və 2 min şəxs Bakını dezinfeksiya elədi (VİDEO)
- 40 kq narkotik dövriyyədən çıxarılıb