33 yaşlı kişinin bıçaqlanması ilə bağlı cinayət işi başlanılıb


10:38     25 Dekabr 2019 cinayet_isi_0125.jpg

Bakıda 33 yaşlı kişinin bıçaqlanması ilə bağlı cinayət işi başlanılıb.


Femida.az-ın xəbərinə görə, hadisə dekabrın 24-də paytaxtın Nərimanov rayon ərazisində qeydə alınıb.

Belə ki, 1986-cı il təvəllüdlü Rüstəm Quliyev qarın nahiyyəsinin kəsilmiş-deşilmiş yarası ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Araşdırma zamanı məlum olub ki, hadisə Əliyev Müşfiq Bəxtiyar oğlu tərəfindən törədilib.

Faktla bağlı Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.

Femida.az

Açar sözlər: #Polis   #Cinayət  

Oxunub: 701