Qaxda ağır qəza: Ölən var


18:02     25 Dekabr 2019 qeza%20masin%20agaca%20cirpildi.jpg

Qaxda yol-nəqliyyat hadisəsi baş verib.

Femida.az DİN-in saytına istinadən xəbər verir ki, dekabrın 24-də saat 13 radələrində Qax şəhəri ərazisində Yevlax rayon sakini M.İsgəndərov idarə etdiyi “VAZ-21074” markalı avtomobili yolun kənarındakı ağaca vurub. Nəticədə avtomobildəki sərnişin Cəsarət Əlizadə xəstəxanaya yerləşdirilib və orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 762