Gömrükçülər pirotexniki vasitələr aşkar etdilər


17:40     25 Dekabr 2019 2019/12/15772808324070940155e0365400c4c3_1577281396.jpg

Gömrükçülər pirotexniki vasitələr aşkar ediblər.


Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Femida.az-a bildirilib ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan “VAZ-2106” markalı avtomobil ilə gələn Azərbaycan vətəndaşı saxlanılıb və şifahi sorğu-sual edilib. Bu zaman sürücü idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirsə də, kinoloji xidmət itinin reaksiyası nəticəsində avtomobilin arxa və ön qapılarında 2500 ədəd üzərində “Bird Egg Cracker” yazılan pirotexniki vasitə aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.


Femida.az

Açar sözlər:

Oxunub: 646