Prezident bu rayonlar üçün 5,5 milyon manat ayırdı


21:13     25 Dekabr 2019 1425036076_1424869951_yol-temirgh1.jpg

Prezident İlham Əliyev "Mingəçevir şəhəri ərazisində avtomobil yollarının əsaslı təmirinə dair tədbirlər haqqında" sərəncam imzalayıb.

Femida.az xəbər verir ki, sərəncamla Mingəçevir şəhəri ərazisində ümumi uzunluğu 11,9 kilometr olan, “Günəşli”, “Bağlar”, “Üçxoz” və “Tingçilik” yaşayış massivlərini şəhərlə birləşdirən avtomobil yollarının əsaslı təmiri məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 2,5 milyon manat ayrılıb.

Prezident İlham Əliyev Salyan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı tədbirlər haqqında da sərəncam imzalayıb.

Femida.az-ın məlumatına görə, sərəncamla Salyan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.7.7-ci yarımbəndində göstərilmiş məbləğin 3 milyon manatı “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 551