Tovuzda 11 ədəd top mərmisi aşkarlanıb
09:02 26 Dekabr 2019
Tovuz rayonunda 11 ədəd 122 mm-lik top mərmisi (OF-56-1) aşkar olunub.
Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Femida.az-a verilən məlumata görə, dekabrın 25-i saat 10:56-da Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Tovuz rayonu, Əsrik Cırdaxan kəndi ərazisində 8 ədəd mərminin tapılması barədə məlumat daxil olub.
Məlumata əsasən, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Daxili İşlər Nazirliyinin Tovuz rayon Polis Şöbəsinin və Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri və Tovuz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə 1 ev və həyətyanı sahəyə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb.
Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 11 ədəd 122 mm-lik top mərmisi (OF-56-1) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Top mərmilərinin ətrafında 121 kv.m əraziyə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.
Femida.az
Oxunub: 421
Oxşar xəbərlər
- Tovuzda ağır yol qəzası olub, ölən və xəsarət alanlar var
- Tovuzda avtomobillər toqquşub, xəsarət alan var
- Tovuzda toyda mübahisə düşüb, bıçaqlanan var
- Tovuzda gənc oğlan özünü asaraq intihar edib
- Tovuzda 54 yaşlı qadın zəhərlənib, vəziyyəti ağırdır
- Tovuzda avtomobil aşıb, xəsarət alanlar var
- Tovuzda avtomobil aşıb, xəsarət alanlar var
- Tovuzda 75 yaşlı kişinin qətli ilə bağlı cinayət işi açılıb
- Tovuzda 44 yaşlı qadın özünə bıçaq xəsarəti yetirib
- Tovuzda həmyerlisini bıçaqlayan şəxsin cəzası azaldılıb