Lənkəranda intihar hadisəsinin qarşısı alınıb


09:08     26 Dekabr 2019 intihar.jpg

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Lənkəran şəhərində 1 nəfər beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzilin pəncərəsinə çıxaraq intihar etmək istəyib.

FHN-dən Femida.az-a verilən məlumata görə, nazirliyin Cənub Regional Mərkəzinin xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

Femida.az

Açar sözlər:

Oxunub: 546