Sumqayıtda baş həkimi bıçaqlayan şəxsin məhkəməsi başlayır


10:25     26 Dekabr 2019 1398947325_mehkeme.jpg

Sumqayıtda baş həkimi bıçaqlamaqda təqsirləndirilən Pərviz İbrahimovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.


Femida.az xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Eldar Mikayılovun icraatında olan iş üzrə hazırlıq iclası yaxın günlərdə keçirləcək.

Qeyd edək ki, hadisə bu ilin avqust ayında Sumqayıt şəhərində baş verib. “Summodern Dental” klinikasının direktoru Şahin Baxşəliyev bıçaq yarası xəsarətləri ilə müalicə müəssisəsinə yerləşirilib.

Aparılan istintaqla hadisənin qeyd edilən klinikanın içərisində həkim Pərviz İbrahimov tərəfindən aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı törədilməsi müəyyən edilib.

P.İbrahimova Cinayət Məcəlləsinin 29.120.2.2 (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham verilib.

Femida.az

Açar sözlər:

Oxunub: 581