Xırdalanda adam bıçaqlayan şəxsin istintaqı başa çatıb


10:30     26 Dekabr 2019 bicaq_787.jpg

Abşeron rayonunda adam bıçaqlamaqda təqsirləndirilən Bəhruz Əmənovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.


Femida.az xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Mahmud Ağalarovun icraatında olan iş üzrə hazırlıq iclası yaxın günlərdə keçirləcək.

Qeyd edək ki, hadisə bu ilin iyul ayında Xırdalan şəhəri, Rəsulzadə küçəsində baş verib. 1982-ci il təvəllüdlü Ərşad Mehrəliyev evinin qarşısında dayandığı zaman tanımadığı 3 nəfər ona yaxınlaşıb. Söhbət əsnasında onlar mübahisə ediblər, həmin şəxslərdən biri bıçaqla Ə.Mehrəliyevin döş qəfəsindən zərbə vurub. Yaralı xəstəxanaya yerləşdirilib. Həmin şəxslər isə hadisə yerindən uzaqlaşıblar.

Aparılan əməliyyat istintaq tədbirləri ilə hadisəni törətməkdə təqsirləndirilən B.Əmənov saxlanıllıb. Ona Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham verilib.

Femida.az

Açar sözlər:

Oxunub: 644