Vəkillər Kollegiyasının keçmiş binasının təmirinə 44,7 min manat xərclənib


10:52     26 Dekabr 2019 19_12_26_1577347786.jpg


Vəkillər Kollegiyası Rəyasət Həyətinin keçmiş binasının yenidən qurulmasına ümumilikdə ƏDV daxil 117783 manat vəsait xərclənib.


Femida.az xəbər verir ki, bu barədə Kollegiya sədri Anar Bağırov Hüquqi Yardım və Tədris Mərkəzinin açılışında deyib.

Onun sözlərinə görə, inzibati bina müasir standarlara uyğun təmir olunaraq tam şəkildə mebel, kompüter, printer, məişət və digər zəruri avadanlıqlarla təmin edilib:

"Bu işlər dövlət büdcəsinin Ehtiyat Fondundan Vəkillər Kollegiyasına ayrılmış vəsait hesabına görülüb. Biz təmirdən əvvəl Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Tikintidə Qiymətqoyma Mərkəzinə müraciət etdik. Oradan bildirdilər ki, binanın təmir işləri üçün 98 min manat vəsait lazımdır. Lakin Kollegiya vəsaitin təyinatı üzrə qənaətlə və səmərəli şəkildə istifadəsi nəticəsində təmir işlərinə ƏDV daxil 44781 manat xərclədi. Eyni zamanda təmir işləri çərçivəsində mebel, kompüter, printer və məişət avadanlıqları üçün 73 min manat xərclədik".

Qeyd edək ki, sözügedən binada Vəkillər Kollegiyasının Hüquqi Yardım və Tədris Mərkəzi fəaliyyət göstərəcək.

Amin Nəzərli
Femida.az

Açar sözlər: #VəkillərKollegiyası   #AnarBağırov   #təmir  

Oxunub: 1790