Lənkəranda sexdə sənədləri şübhə yaradan oduncaq aşkarlanıb


11:07     26 Dekabr 2019 2019/12/1956130e-3999-4c2f-93d6-c2ee30f4871e_1577344084.jpg

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının keçirdiyi növbəti reyd zamanı Lənkəran rayonu ərazisində yerləşən ağac emalı sexində sənədləri şübhə yaradan 4 kubmetr həcmində işlik oduncaq aşkar edilib.



Bu barədə Femida.az-a nazirlikdən məlumat verilib.

Nazirliyin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Rəfayıl Tahirov jurnalistlərə bildirib ki, işlik oduncağın əldə edilmə mənbələrini müəyyənləşdirmək və sənədlərinin qaydada olduğunu dəqiqləşdirmək məqsədilə araşdırma aparılır.

Araşdırma başa çatanadək oduncaq Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzinin anbarına daşınıb.

Açar sözlər:

Oxunub: 595