"Heç bir vəkil xarici səfirə hesabat verə bilməz" - Anar Bağırov


11:27     26 Dekabr 2019 2019/12/80443235_584995742075472_4266848772178313216_n-(1)_1577348858.jpg


"Azərbaycanda vəkillik tam müstəqil olmalıdır. Biz bunu istəyirik. Vəkillərin işinə heç kim müdaxilə edə bilməz".


Femida.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib. Onun sözlərinə görə, bəzi ölkələrin səfirlikləri vəkillərin işinə müdaxilə etməyə çalışırlar:

"Heç bir vəkil xarici səfirə hesabat verə bilməz. Bu gün Azərbaycan dövləti vəkillərin müstəqilliyini təmin edir, işlərinə müdaxilə etmir. Azərbaycanda fəaliyyət göstərən səfirliklər nə üçün bizim işimizə müdaxilə etməyə çalışır? Onlar öz ölkələrində vəkillərin işinə müdaxilə edirlər? Bəs Azərbaycanın xarici ölkələrindəki səfirlikləri o dövlətlərin vəkillərinin işinə müdaxilə edirmi? Xeyr. Amma bəzi səfirliklər vəkillərin işinə müdaxilə edirlər. Onlardan hesabat alırlar. Bəzilərini çağlrıb hansısa işlə bağlı məlumat alırlar. Onların nə ixtiyarı var buna? Bu diplomatik münasibətlər barədə Vyana konvensiyasının pozulmasıdır. Onlar bizim işimizə qarışa bilməzlər. Biz tam müstəqilik".

Amin Nəzərli
Femida.az

Açar sözlər: #vəkil   #kollegiya   #AnarBağırov   #səfirlik   #hüquq   #qanun   #femida  

Oxunub: 2959