Piyadanı vuraraq hadisə yerindən qaçan sürücü saxlanıldı


12:57     26 Dekabr 2019 2019/12/9472c99f-9004-4de5-a806-f89091d1360e_1577350738.jpg


Gəncədə piyadanı vuraraq hadisə yerindən qaçan sürücü saxlanılıb.


Bu barədə Femida.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, dekabrın 20-də saat 7 radələrində Gəncə şəhəri İ.Qayıbov küçəsində müəyyən edilməyən avtomobillə yolu keçən şəhər sakini F.Zeynalova vurulub. Piyadaya xəstəxanada ilkin tibbi yardım göstərilib.

Nizami (Gəncə) Rayon polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol qəzasını törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “ZİL” markalı avtomobilin sürücüsü E.Ələkbərov saxlanılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 662