“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi və DİN birgə layihə keçirdi


16:03     26 Dekabr 2019 2019/12/80709092_587141798770797_4163761834723115008_n_1577361866.jpg

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının növbəti 2019-cu il üzrə 5 ci qrant müsabiqəsi çərçivəsində, Daxili İşlər Nazirliyi və DİN İnsan alverinə Qarşı Mübarizə Baş İdarəsi ilə birgə “İnsan alverinin qurbanları və potensial insan alveri qurbanları üçün sığınacağın fəaliyyətinin gücləndirilməsi” üzrə layihənin icrasını davam etdir.


Layihənin müddəti 3 aydır və layihə çərçivəsində 30 nəfərin reabilitasiya və reinteqrasiyası prosesinə cəlbi nəzərdə tutulub. Layihə çərçivəsində reabilitasiya və reinteqrasiya proesisi ilə yanaşı sığınacaq sakinlərinə dərzilik üzrə peşə bacarılqlarının artırılması fəaliyyətini könüllü həyata keçirməyi planlamışdı. Layihənin gedişatında, 16 günlüg gender zorakılığı ilə mübarizə aktivliyi ərəfəsində İsveç səfirliyi ilə aparılan danışıqlar nəticəsində məhz bu fəaliyyət daha güclü və effektiv etmək üçün aşağıdakılar razılığa gəlindi.
Səfiliyin əməkdaşlıq etdiyi Azərbaycan Mirkomaliyyə Assosiasiyanın törəmə müəsissəsi “Finance and Sosial İnnovation Consulting” MMC sığınacaq sakinlərinə sahibkarlıq fəaliyyəti üzrə ümumlikdə 25 nəfərə 5 günlük təlimlər keçdi. Sonra qeyd edilən şirkətin təhkim etdiyi peşəkar dərzi ustası sakinlərə praktik olaraq bir aylıq dərzilik sənətinin bütün incəliklərini öyrətdi. Tədrisin sonunda artıq 12 nəfər sərbəst şəkildə, tikmə, biçmə bacarıqlarına nail oldular. Sığıanacaq sakinlərinin keçdiyi təlim və dərzilik kursunun nəticəsi olaraq İsveçrə Konfederasiyasının Azərbaycandakı fövqəladə səfiri xanım Murel Peneveyre iştirakçılara sertifikatlar təqdim etdi.
Layihənin müddəti yekunlaşsa da artıq gələcəkdə qeyd edilən fəaliyyətləri davam etmək üçün müəyyən texniki imkanlar həm Azərbaycan Respublikası Prezidenti yanında QHT Dövlət Dəstəyi Şurasının vəsaiti hesabına, həm İsveçrə Konfederasiyasının Azərbaycandakı səfirliyinin hədiyyə etdiyi peşə bacarıqlarının inkişafına ( dərzilik) avadanlıqları bu fəaliyyətin davamılılığını təmin etmiş olacaq.
Artıq sığınacağa daxil olan şəxslər reabilitasiya dövründə paralel olaraq peşə bacarıqlarına yiyələnərək sığınacağı tərk etdikdə müstəqil olaraq həyatını idarə etməyi, iqtisadi azad olmağı təmin edə biləcək.
Layihənin yekunlaşsa da fəaliyyət davam edir. Həyata keçirilən layihənin yeniliyi, reabilitasiya və reinteqrasiyanın paralelliyini təmin etməyə yeni imkanlar yaratdı. 3 ay müddətinə 30 qadın və 45 usaq layihədən bəhrələnib.

Açar sözlər:

Oxunub: 743