Binəqədi polisi narkotik alverçilərini saxladı


16:51     26 Dekabr 2019 2019/12/9472c99f-9004-4de5-a806-f89091d1360e_1577364710.jpg

Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə davam etdirilir.

Femida.az xəbər verir ki, Binəqədi RPİ əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Salyan rayon sakini, əvvəllər oğurluğa görə məhkum olunan V.Cavadov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 2 qrama yaxın heroin götürülüb.

Davam etdirilən tədbirlərlə ona narkotik vasitəni satmaqda şübhəli bilinən Ordubad rayon sakini, əvvəllər məhkum olunan E.Süleymanov da polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb. Şəxsi axtarış zamanı ondan 3 qramdan artıq heroin, Nəsimi rayonu ərazisindəki kirayədə yaşadığı mənzildən isə 2 kiloqram 600 qram heroin, 256 qrama yaxın tiryək, 99 qramdan artıq metamfetamin, 3 ədəd elektron tərəzi və 150.000 İİR rialı aşkar edilərək götürülüb.

Fakla bağlı cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 709