MSK sədri Müsavatın müraciətinə cavab verdi


19:44     26 Dekabr 2019 mezahir39.jpg


Müsavat Partiyası namizədlərə imza toplamaq üçün verilən vərəqələrin sayının az olması barədə Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edib.


Femida.az xəbər verir ki, müraciətə MSK-nın bu gün keçirilən iclasında baxılıb.

Müsavat Partiyasının Aparat rəhbəri, partiyanın parlament seçkiləri ilə bağlı səlahiyyətli nümayəndəsi Gülağa Aslanlı iclasda məsələni MSK sədri Məzahir Pənahovun diqqətinə çatdırıb və ondan bu məsələdə dairə seçki komissiyalarına müraciət ünvanlamasını xahiş edib.

G.Aslanlı qeyd edib ki, namizədlərə imza toplamaq üçün hazırda 10 vərəqə verilir: “Dairə seçki komissiyalarından 11-ci vərəqəni istəyəndə deyirlər ki, icazə yoxdur. Əgər mənə vermirlərsə, başqalarına heç verməzlər. Xahiş edirəm ki, bununla bağlı fikrinizi bildirəsiniz”.

M.Pənahov isə bildirib ki, imza vərəqələrinin verilməsi ilə bağlı heç bir məhdudiyyət yoxdur: “Əgər həmin vərəqələr qəsdən sıradan çıxarılmayıbsa, daha çox seçici imzası toplamaq üçün əlavə vərəqlərin verilməsində heç bir problem yoxdur”.

Femida.az

Açar sözlər:

Oxunub: 663