Ana və oğlu itkin düşdü - Bakıda


09:14     27 Dekabr 2019 itkin%20qız.jpg

Bakıda ana azyaşlı oğlu ilə birlikdə itkin düşüb.


Hadisə dekabrın 24-də Yasamal rayonu ərazisində baş verib.

Belə ki, 1990-cı il təvəllüdlü Aliyə Qurbanova oğlu, 2015-ci il təvəllüdlü Yusif Qurbanovla birlikdə saat 19 radələrində, yaşadığı M.Xiyabani küçəsi, 1 ünvanından çıxıb və bir daha geri qayıtmayıb.

Daha sonra qadının yaxınları hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edib.

Faktla bağlı Yasama Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 606