​FHN liftdə köməksiz qalanları xilas etdi


09:40     27 Dekabr 2019 lift9.jpg

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nizami, Suraxanı, Səbail, Xətai və Yasamal rayonları üzrə ayrı-ayrı ünvanlarda liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 6 müraciət daxil olub.

Femida.az FHN-ə istinadən xəbər verir ki, dərhal çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 2-si azyaşlı olmaqla 8 nəfərin liftdən çıxarılması təmin edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 726


Oxşar xəbərlər