2020-ci ilin sonuna kimi bütün ölkə icbari tibbi sığorta sisteminə keçəcək
09:50 27 Dekabr 2019
2020-ci ilin sonuna kimi Azərbaycanın bütün ərazilərində icbari tibbi sığorta sistemi tətbiq ediləcək.
Femida.az-ın məlumatına görə, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev deyib.
Sistemə keçidin mərhələli şəkildə tətbiq ediləcəyini deyən Z.Əliyevin sözlərinə görə, gələn ilin ilk rübündə 20 rayon sistemə keçidlə əlaqədar yeni qayda ilə işləyəcək. Həmin dövrdə pilot layihənin tətbiq edildiyi 3 rayon da nəzərə alınarsa, icbari tibbi sığorta sisteminin tətbiq edildiyi rayonların sayı 23-ə çatacaq. İkinci rübdən qərb bölgəsi üzrə 17, 3-cü rübdən 14 rayon prosesə qoşulacaq.
Keçidin 4-cü mərhələsində isə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda sistem tətbiq ediləcək.
Qeyd edək ki, büdcədən hər bir vətəndaş üçün 90 manat (ümumi 900 mln) ayrılması nəzərdə tutulub. Həmçinin, ödənişlər 2020-ci ilin ilk 3 ayı tamamən dövlət tərəfindən ödəniləcək. Aprelin 1-dən isə vətəndaşlar ödənişə başlayacaq.
Dövlət və neft sektorunda çalışan işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 2%, 8000 manatdan yuxarı olan hissəsindən 0.5% miqdarında icbari tibbi sığorta haqqının tutulması müəyyən olunub. Qeyri-dövlət və qeyri-neft sektorunda çalışan işəgötürən və işçilərdən isə aylıq hesablanan əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 1%, 8000 manatdan yuxarı olan hissəsindən 0.5% miqdarında icbari tibbi sığorta haqqının ödənilməsi müəyyənləşdirilib. İşsiz əhali, təqaüdçülər, şagirdlər, əyani təhsil alan tələbələr, sosial müavinət alan vətəndaşlar, kənd təsərrüfatı ilə məşğul olan şəxslər (fərdi və qrup şəkildə çalışan fermerlər) ödəniş ödəməyəcəklər. Xidmət aldığı zaman isə vətəndaşlar üçün yalnız öz paylarına düşən ödəniş məbləği limit məbləğ deyil. Vətəndaş zəruri olduğu halda limit qoyulmadan bu xidmətləri ala biləcək.
Femida.az
Oxunub: 923
Oxşar xəbərlər
- Bu gündən icbari avtomobil sığortası üzrə haqlar yeni qayda ilə hesablanacaq
- Azərbaycanda avtomobillərin icbari sığortalanması qaydaları dəyişib
- Azərbaycanda daha çox qəza törətmiş sürücülərin icbari avtomobil sığortası artırıla bilər
- Azərbaycanda daha 700 xidmət icbari tibbi sığorta üzrə Xidmətlər Zərfinə daxil edilir
- Hərbi qulluqçuların məcburi icbari narkoloji müayinədən keçirilməsinə dair layihə qəbul edilib
- Onkoloji xəstəliklər gələn ildən icbari tibbi sığortaya cəlb ediləcək
- Hərbçilərin icbari sığortasının detalları açıqlanıb
- Hökumət icbari tibbi sığorta ilə bağlı qaydanı təsdiqləyib
- Azərbaycanda orqan implantasiyası ilə bağlı əməliyyatlar icbari sığortanın Xidmətlər Zərfinə daxil ediləcək
- İcbari tibbi sığorta ilə bağlı göndərişlərdə yeniliklər olacaq