Şirvanda baş verən yol qəzasında 4 nəfər ölüb - FOTO


10:59     27 Dekabr 2019 19_12_27_1577430014.jpg

Şirvanda ağır yol-nəqliyyat hadisəsi baş verib.


Femida.az -ın məlumatına görə, hadisə Şirvanın girişində qeydə alınıb. “Hyundai” markalı, 90 OT 031 dövlət nömrə nişanlı avtomobil şəhərin girişindəki beton lövhəyə çırpılıb.

Qəza nəticəsində 4 nəfər ölüb. Ölənlərin 3-ü qadın, 1-i kişidir. Tərtər sakini olan həmin şəxslər Şirvana yas mərasiminə gediblərmiş.
(Apa)

Açar sözlər:

Oxunub: 636