FHN gücləndirilmiş iş rejimində çalışacaq
12:50 27 Dekabr 2019
Fövqəladə Hallar Nazirliyi (FHN) bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq.
Bu barədə Femida.az-a FHN-dən bildirilib. Məlumata görə, 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar vətəndaşların həyat və fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsi, bayram şənliklərinin təşkil olunduğu və insanların daha çox toplaşdığı məkanlarda, həyat təminatı və digər mühüm əhəmiyyətli obyektlərdə baş verə biləcək fövqəladə hadisələrə çevik reaksiya verilməsi, onların mümkün nəticələrinin operativ aradan qaldırılması məqsədilə Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qəza-xilasetmə qurumları və regional mərkəzləri 31 dekabr 2019-cu il tarixindən 7 yanvar 2020-ci il tarixinədək gücləndirilmiş iş rejimində çalışacaq.
Bununla bağlı Fövqəladə Hallar naziri general-polkovnik Kəmaləddin Heydərov tərəfindən müvafiq əmr imzalanıb.
Femida.az
Oxunub: 652
Oxşar xəbərlər
- FHN uşaqların təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib
- FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
- FHN-in səlahiyyətlərinə dəyişikliklə bağlı qanun layihəsi hazırlanır
- FHN Sumqayıtdakı yanğınla bağlı görüntülər yaydı - FOTOLAR+VİDEO
- FHN: "Maqsudlu su kanalının 80 faizi minalardan təmizlənib"
- FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
- FHN Oğuzda baş verən meşə yanğını ilə bağlı məlumat yayıb
- FHN Yasamalda baş verən qəza ilə bağlı məlumat yayıb
- FHN vətəndaşlara XƏBƏRDARLIQ ETDİ
- FHN Gəncədə ev sahibinin yanaraq ölməsi ilə bağlı məlumat yayıb