Vəkillər ilk dəfə peşə bayramlarını qeyd etdi


13:58     27 Dekabr 2019 2019/12/80823969_749804198848031_6537420242941902848_n_1577520648.jpg

26 dekabr 2019 –cu il tarixdə Park Meridian restoranında Azərbaycan Respublikası Vəkillər Kollegiyasının yeni il tədbiri keçirilib.


Tədbirdən 1 gün əvvəl Ölkə Başçısının Azərbaycan vəkilliyinə diqqətinin təzahürü olaraq hər il dekabr ayının 28-nin “Vəkil günü” peşə bayramı kimi təsis edilməsi vəkillər tərəfindən bir daha xatırlanaraq alqışlanmış, tədbir iştirakçılarına sürpriz olaraq vəkil marşı ilk dəfə olaraq kütləvi formada səsləndirilmiş və bir sıra vəkillər “Azərbaycan vəkilliyinin 100 illiyi (1919-2019)” yubiley döş nişanı ilə təltif edilmişdir.


Vəkil Sadiq Əfədiyev tədbir barədə fikirlərini Femida.az saytı ilə bölüşüb.

Sadiq Əfəndiyev bildirib ki, vəkillərin peşə bayramının təsis edilməsi onlar üçün böyük hədiyyə və diqqət olub.

"Doğurdanda 2020-ci il ilin astanasında bayram əhval-ruhiyyəsində olan Azərbaycan vəkillərinin sevincinə ikiqat sevinc qatıldı.





Ən başlıcası Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə hər il dekabr ayının 28-nin Azərbaycan Respublikasında “Vəkil günü” peşə bayramı kimi təsis edillməsi Azərbaycan vəkilliyinin cəmiyyətdəki yerinə önəm verən, onu şərəfləndirən mühüm tarixi hadisə oldu. Ümümuyyətlə peşə sahiblərinin günlərinin qeyd olunmasında məqsəd həmin peşə sahiblərinin cəmiyyətdə olan mövqeyinə diqqətin artırılması, peşə fəaliyyətinin stimullaşdırılması və hər bir peşə sahibinin öz peşəsinə olan motiviasiyasının yüksəldilməsinə xidmət edir. Bununla belə ölkə başçısının məlum sərəncamına kimi ölkəmişdə “Vəkil günü” rəsmi qaydada təsis edilməmişdir. Bu baxımdan respublikamızda vəkillərin peşə bayramının rəsmi qaydada təsis edilməsi Ölkə başçısının Azərbaycan vəkilliyinin cəmiyyətədəki roluna bir daha verdiyi müsbət qiymətin bariz nümunəsi idi.", deyə vəkil Sadiq Əfəndiyev bildirib.

Tədbirdə daha bir yadda qalan an “Vəkil marşı”nın ifa olunması olub.




Azərbaycan vəkillərinə sevinc yaşadan “yeni il hədiyyələri” ndən biri də möhtşəm bir “Vəkil marşı” nın bəstələnməsidir. Həmin marşın sözləri görkəmli şairimiz Barat Vüsala, musiqisi isə tanınmış bəstəkar Nailə Mirməmmədliyə məxsusdur. 26 dekabr 2019–cu il tarixdə Park Meridian restoranında Azərbaycan Respublikası Vəkillər Kollegiyasının yeni il tədbirində Kollegiyanın sədri cənab Anar Bağırov tərəfindən “Vəkil marşı” təntənəli surətdə, sürpriz olaraq tədbir iştirakçılarına təqdim edilərək ilk dəfə kütləvi formada səsləndirilmiş və bütün vəkillər marşı ayaq üstə dinləyərək alqışlamışdırlar.





"Tədbirdə bir sıra vəkillər Kollegiya sədri tərəfindən “Azərbaycan vəkilliyinin 100 illiyi (1919-2019)” yubiley döş nişanı ilə mükafatlandırılmış və hər bir vəkilə şərəf gətirən həmin döş nişanlarından biri də mənə təqdim edilmişdir. Fürsətdən istifadə edərək biz vəkilləri şərəfləndirən bu təltiflə əlaqədar başda sədrimiz Anar Bağırov olmaqla, Vəkillər Kollegiyasının bütün Rəyasət Heyətinin üzvlərinə dərin minnətdarlığımı bildirirəm!", deyə vəkil Sadiq Əfəndiyev bildirib.

Açar sözlər:

Oxunub: 1628